ABŞ iqtisadiyyatında misli görünməmiş tənəzzül! – TARİXDƏ İLK DƏFƏ!

0

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus epidemiyası səbəbindən tələbatın azalması və investisiyaların dayandırılması ABŞ iqtisadiyyatına mənfi təsirini göstərməkdədir.

Bu gün Almaniyada bəyan edilən tarixi 10,1%-lik tənəzzül faktından sonra, ABŞ-dan bundan dəfələrlə böyük zəifləmə xəbəri verilib.

Koronavirus epidemiyasından ən çox zərər çəkən ölkələrdən olan ABŞ iqtisadiyyatı tarixdəki ən böyük tənəzzülə məruz qalıb. ABŞ iqtisadiyyatı ilin ikinci rübündə 32,9% kiçilib.

ABŞ iqtisadiyyatında indiyə qədər 3 aylıq dövrlərdə baş verən ən böyük tənəzzül 1958-ci ildə qeydə alınmış 10%  geriləmə hesab edilirdi. 2008-ci ildəki maliyyə böhranında isə ilin dördüncü çərəyində iqtisadiyyat 8,4% zəifləmişdi.

Hurriyyet.org