“ABŞ keçmiş SSRİ xalqlarına qarşı ölümcül silah hazırlayır” – Rusiyadan şok

1 May, 2020, 20:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Amerikanın postsovet məkanında 65 gizli biolaboratoriyası fəaliyyət göstərir: Ukraynada 15, Ermənistanda 12, Gürcüstanda 15, Qazaxıstanda 4. ABŞ-da bu cür fəaliyyətlər qadağandır”.

Bunu rusiyalı politoloq Aleksey Muxin deyib.

Ekspertin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rusiya sərhədləri yaxınlığında fəaliyyət göstərən gizli biolaboratoriya şəbəkəsi geosiyasi məqsədlər üçün istifadə olunur:

“Pentaqonun öz qanunlarına görə, bu laboratoriyalar qanunsuz fəaliyyət göstərir. Məqsəd SSRİ ərazisində yaşayan xalqlara qarşı yönəlmiş bioloji silahların yaradılmasıdır”.

Muxin bu müəssisələrin COVID-19 pandemiyasının yayılması fonunda fəaliyyətinə toxunub və qeyd edib ki, ABŞ dünya ictimaiyyətini virusun laboratoriya hazırlanmadığına inandırmağa çalışır: “Düşünürəm ki, mütəxəssislər gec-tez bunun belə olmadığını anlayacaqlar”.

Onun sözlərinə görə, ölkələrə müxtəlif səviyyələrdə ziyan vurmaq niyyəti günümüzün əsas reallığıdır:

“Beləliklə, ABŞ və Böyük Britaniyanın keçmiş SSRİ respublikaları və digər ölkələrin ərazilərindəki bioloji laboratoriyalarına xüsusi diqqət yetirilməlidir. COVID-19-un və onun analoqlarının meydana gəlməsini və yayılmasını araşdırmaq üçün beynəlxalq qrup yaratmaq lazımdır. ABŞ-ın bu fəaliyyəti beynəlxalq nəzarət altına alınmalıdır, çünki bəşər sivilizasiyasının həyatı haqqında danışırıq”. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93