ABŞ mətbuatı: Şərqi Aralıq dənizində Türkiyəni sıxışdırmaq artıq çox çətindir

34

Hurriyyet.org xəbər verir ki, ABŞ-da dərc olunan “The Wall Street Journal” qəzeti Türkiyənin Şərqi Aralıq dənizindəki strategiyasından bəhs edib. Xəbərdə regionda dənizçilik proqramını həyata keçirməyə başlayan Türkiyənin həmlələrinin labüd bir hal olduğu bildirilib.

Türkiyənin təbii qazla zəngin Şərqi Aralıq dənizindəki qanuni varlığının Yunanıstan və Cənubi Kipr Respublikasını narahat etdiyi bir zamanda dərc edilən məqalədə bölgənin əsas qüvvələrinin maraqlarının toqquşduğu bildirilir. Bir tərəfdə Yunanıstan, İsrail, Cənubi Kipr və Misir, digər tərəfdə isə Şərqi Aralıq dənizi hövzəsində ən böyük iqtisadiyyata malik Türkiyənin yer aldığı, həmçinin, Türkiyənin beynəlxalq izolyasiyanı yardığı qeyd edilib.

Türkiyəni Şərqi Aralıq dənizindəki enerji bölgüsündən kənarlaşdırmaq cəhdlərinə işarə edilən yazıda deyilir: “Heç kim Türkiyənin heç bir şey etməməsini gözləyə bilməz. Buna görə də, Türkiyə dənizçilik proqramı həyata keçirməyə başladı”.

Türkiyənin Şərqi Aralıq dənizində 1800 km sərhədə malik olduğunu diqqətə çatdıran türkiyəli məmurlar bölgədə Ankaranı kənarlaşdırmağa çalışan enerji layihələrinin uğursuzluğa məhkum olduğunu vurğulayırlar. Ankara hər dəfə prioritetinin dialoq olduğunu bəyan edir.

Hurriyyet.org