ABŞ Suriyada hava hücumundan müdafiə sistemi yerləşdirib?

28 May, 2020, 12:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ qüvvələri Suriyanın Deyr əz Zor rayonunda YPG/PKK terror təşkilatının işğalı altındakı təbii qaz yatağının yaxınlığında alçaq hündürlüklü hava hücumundan müdafiə sistemi yerləşdirib.

Yerli mənbələr Suriyada neft mədənləri ərazilərində yuva salmış ABŞ ordusunun ölkənin şərqindəki Deyr əz Zor rayonundakı Koniko təbii qaz yatağı yaxınlığında alçaq yüksəklikli hava hücumundan müdafiə sistemi qurduğunu bildiriblər.

Mənbələr ABŞ qüvvələrinin qarşıdakı günlərdə Ömər nefr yatağının yaxınlığında da müdafiə sitemi qurmağı planlaşdırdığını qeyd ediblər.

ABŞ-ın lideri olduğu Beynəlxalq Koalisiyanın mətbuat nümayəndəsi polkovnik Mayls Keqqins “Tvitter” hesabındakı açıqlamasında Suriyada “Patriot” müdafiə sistemlərinin olmadığını bildirərək, bu barədə xəbərləri təkzib edib.

Digər tərəfdən ABŞ qüvvələri Deyr əz Zordakı bazalara və hərbi məntəqələrə, YPG/PKK yaraqlılarına yüzlərlə tır silah-sursat göndərməkdədir.

Suriyada YPG/PKK-ya dəstək olan ABŞ qüvvələri 11 baza və hərbi məntəqədə toplaşıblar.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93