Salam, xoş gəlmisiniz.

Abşeronda ölüm yolu: “Həyat yoldaşım burda can verdi” - VİDEO

2020-02-07 23:03:00

Abşeronda ölüm yolu: “Həyat yoldaşım burda can verdi” - VİDEO

Abşeron rayonunun Bakı-Şamaxı yolunun 4-cü kilometrində, “Mekkalon” adlanan ərazidə yeraltı və yerüstü piyada keçidinin olmaması sakinlərin haqlı narazılığına səbəb olub.  

Belə ki, yüzlərlə şagirdin oxuduğu 6 nömrəli Xırdalan məktəbinin şagirdləri də daxil olmaqla yoldan keçən hər kəs burada can verməmək üçün avtomobillərlə ölüm-qalım mübarizəsi aparır.  

Bəzən isə bədbəxt hadisələr qaçılmaz olur. Belə ki, ötən il ərzində burada bir neçə nəfər avtomobil vurması nəticəsində həyatını itirib. Çəkiliş etdiyimiz müddətə müsahiblərimizdən biri mikrofon önünə keçərək bildirdi ki, bir müddət əvvəl yolu keçmək istəyən həyat yoldaşını burada avtomobil vuraraq öldürüb. 

Mövcud problemlə bağlı ərazidə yaşayanlar və hər gün məktəbə şagird gətirən valideynlər iki ay əvvəl kütləvi şəkildə toplanaraq keçidin tikilməsi ilə bağlı etiraz ediblər. Əraziyə gələn rayon icra nümayəndələri isə keçidin tikilməsi ilə bağlı məsələ qaldıracaqlarını bildiriblər.  

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin məsləhətçisi Seymur Qasımov bildirirdi ki, sözügedən yerdə yeraltı və ya yerüstü piyada keçidinin inşası ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə məlumat göndərilib.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edilən ərazidə piyada keçidinin inşası ilə bağlı hələ ki maliyyə ayrılmadığını bildirdi.  \\Oxu

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93