ADİF-in yeni təyin olan direktoru kimdir? – DOSYE

14 May, 2020, 18:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Prezident İlham Əliyevin sərəncamı ilə mayın 14-də Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru təyin edilib.
Hurriyyet.org banker.az-a istinadən xəbər verir ki, Tural Piriyev 2016-cı ildən bu günə qədər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri idi.
O, həmçinin  2018-ci ildən “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkəti İdarə Heyətinin müavini kimi çalışır. “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” və “Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” kimi şirkətlərin idarə heyətində üzv olub.
T.Piriyev bank sektorunda da çalışıb. Belə ki, o, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-də Audit Komitəsi üzvü olub, Hüquq Departamentinin direktoru kimi də çalışıb.
Bundan əlavə “PAŞA Həyat” Sığorta Şirkəti və “Ata Bank” ASC-də (ləğv edilib) çalışıb.

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93