Salam, xoş gəlmisiniz.

ADPU-da doktoranturaya və dissertanturaya qəbul başlayıb

2019-01-09 10:23:34

ADPU-da doktoranturaya və dissertanturaya qəbul başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan” qəzetinin 4 dekabr 2018-ci il tarixli 273 nömrəsində elan dərc edilmişdir. Elana əsasən müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılmışdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmri ilə Sənəd Qəbulu Komissiyası yaradılmışdır. 7-25 dekabr 2018-ci il tarixlərdə ADPU-da sənəd qəbulu keçirilmişdir. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim etmişdir: 33 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya.

7 yanvar 2019-cu il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlayıb.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru