ADPU-da kitab sərgisi keçirilir

27 Sentyabr, 2019, 9:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində kitab sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi tərəfindən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə 2019-2020-ci tədris ili üçün I-XI-ci siniflər üçün nəşr edilmiş 233 adda 527 nüsxə orta məktəb dərsliyi hədiyyə olunub. Qeyd edilməlidir ki, Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ilində də ADPU-ya 184 adda 916 nüsxə orta məktəb dərsliyi hədiyyə edilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Bugünkü kitab sərgisinin keçirilməsi təqdirəlayiq hadisədir. ADPU-nun müəllimləri dərsliklərin hazırlanmasında fəal iştirak etməlidirlər. Rektor çıxışında universitetin Kitabxana-İnformasiya Mərkəzinə yeni orta məktəb dərsliklərinin hədiyyə edilməsinə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür edib, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması üçün tapşırıq və tövsiyələrini verib.

Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev dərsliklərin hazırlanması və bu sahədə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, sərgi bir neçə gün davam edəcək.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93