Salam, xoş gəlmisiniz.

ADPU-da "Xərçəng əslində" layihəsinin bağlanış və təltifetmə mərasimi keçirilib

2019-03-01 10:39:27

ADPU-da "Xərçəng əslində" layihəsinin bağlanış və təltifetmə mərasimi keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Xərçəng əslində” layihəsinin bağlanış və təltifetmə mərasimi keçirilib. Mərasimdə layihə rəhbəri Nərmin Əhmədli və ADPU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Nurlan Hüseynov iştirak ediblər.

Çıxış edən Nərmin Əhmədli 3 günlük müzakirələrin nəticələrini dəyərləndirib, bu müddət ərzində tələbələrin xəstəlik haqqında ətraflı məlumatlar əldə etmələrindən və apardıqları araşdırmalardan danışaraq layihənin məqsədinə nail ola bildiyini vurğulayıb.

Sonra iştirakçıların təltifetmə mərasimi keçirilib. 25 iştirakçıdan xüsusi fərqlənən 8 nəfərə Fəxri Fərman, digər 17 iştirakçıya isə diplomlar təqdim edilib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru