ADPU-da xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib

27 Noyabr, 2018, 12:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması prosesinə dəstək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib. Belə ki, ingilis dili mütəxəssisi Diane Whaleyin moderatoru olduğu üç həftəlik təlimlər zərfinin ilk mövzusu sillabusların tərtibatına dair idi. Təlimçi ilk olaraq fənlər üzrə işçi-tədris planının strukturu, o cümlədən fənnin məqsədləri, gözlənilən tədris nəticələri, tövsiyə olunan ədəbiyyat, qiymətləndirmə və sair bu kimi məsələlərə aydınlıq gətirib.

ADPU-dan Hurriyyet.org-a verilən məlumatda bildirilir ki, növbəti təlimlər inteqrasiya edilmiş dərs prosesində musiqidən istifadə, tədris prosesində tələbəmərkəzli kommunikativ metodun tətbiqinə həsr olunacaq.

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi proqramı” çərçivəsində ADPU-da fəaliyyət göstərən ekspert xanımın eyni zamanda konkret fənn üzrə dərslərdə iştirakı, sillabuslar və ingilis dili müəllimliyi ixtisasının tədris planına dair təkliflərinin təqdimatı nəzərdə tutulub.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93