ADPU-da “Xərçəng əslində" layihəsi çərçivəsində növbəti müzakirələr keçirilib

28 Fevral, 2019, 9:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Xərçəng əslində” layihəsi çərçivəsində növbəti müzakirələr keçirilib. Layihə rəhbəri Nərmin Əhmədli giriş sözü ilə çıxış edib, iştirakçı tələbələrə uğurlar arzulayıb. O, növbəti müzakirə mövzusu olan "Xərçəngin müalicəsi yolları" haqqında qısa məlumat verib. Sonra isə mövzu üzrə müzakirələrə başlanılıb. Müzakirələrdə ekspert qismində iştirak edən tibb elmləri namizədi, tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov tələbələrə xərçəng,onun yaranmasının əsas səbəbləri, nəzəriyyələr, müalicə metodları və s. haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Sonda Rəşid Mahmudov ADPU-da tələbələrin bu kimi ciddi, həssas tibbi məsələlərə maraq göstərməsinin çox sevindirici hal olduğunu qeyd edərək bir millətin tərəqqisinin onun müəlliminin və həkiminin hazırlıq səviyyəsindən asılı olduğunu vurğulayıb, ADPU-nun rəhbərliyinə və tələbələrinə bu yolda uğurlar arzulayıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93