ADPU-nun nəzdində ADPK-nin direktoru kollektivə təqdim olunub

27 Noyabr, 2018, 7:37
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Təhsil naziri Ceyhun Bayramovun 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən Kollecin direktoru vəzifəsinə təyin olunmuş dosent İsrayıl İsgəndərov kollektivə təqdim olunub.

Təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dosent İsrayıl İsgəndərovu kollektivə təqdim edərək ona yeni vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan və qazanılan uğurlardan danışıb. ADPU-nun nəzdində ADPK-də son illər böyük uğurların əldə olunduğunu qeyd edib.

İsrayıl İsgəndərov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93