ADPU və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında Birgə Bəyannamə imzalanıb

27 İyun, 2019, 9:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İyunun 25-də Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdə olub. Geniş tərkibdə keçirilən görüşdə dekan Dr. Maykl Föyer, Akademik dekan, professor Kolin Qrin, Dr. Elizabet Grant, xanım Keyt Brannon, xanım Sevinc Məmmədova, eləcə də Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Nicat Məmmədli iştirak ediblər.

ADPU-nu isə rektor, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəhla Gülməmmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə və bu şöbənin əməkdaşları Lətif Kəngərlinski və Könül Həsənova təmsil ediblər. Görüş zamanı qonaqlara universitet haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Xüsusilə, ikili diplom layihəsinin başlanması ilə əlaqədar görüləcək işlər, bu layihənin təhsilimizə verəcəyi töhfələr, mövcud kadr potensialı və digər imkanlar haqqında fikir mübadiləsi aparılıb. Görüş universitetlərarası Birgə Bəyannamənin imzalanması ilə başa çatıb. Tərəflər ikili diplom proqramının təşkili üzrə danışıqları davam etdirmək qərarına gəlib.

Sonda tələbə və müəllimlərlə görüş keçirilib, Corc Vaşinqton Universiteti, eləcə də tələbələr üçün planlaşdırılan proqram üzrə yaradılacaq imkanlar haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93