Ağstafada ana və qızı itkin düşdü – FOTO

5 May, 2020, 16:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ağstafada ana və övladı itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri – 1995-ci  il təvəllüdlü Qurbanova Aişə və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də  yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək bir daha geri qayıtmayıb.

A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara  xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94  şəhər və (070) 213-64-00, (051) 611-79-50  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93