Salam, xoş gəlmisiniz.

Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var

2020-02-14 21:57:00

Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza rayonun Saloğlu yolunda qeydə alınıb.

Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən Kor-Xəlifəli kənd sakinləri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəzaya uğrayanlar bir ailənin üzvləri olub, nişandan qayıdırmışlar. \\BAKU.WS

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93