Ağsuda oğurluq edən qəssab saxlanıldı – FOTO

11 İyul, 2020, 10:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 başını kəsərək satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93