Ağsuda tibb məntəqəsi yandı

6

Ağsu rayonunun Cəlayir kəndində yanğın olub.
Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.