Ağsuda zəlzələ oldu

4

Avqustun 3-də Pirqulu stansiyasından 8 kilometr qərbdə – Ağsu rayonunun ərazisində maqnitudası 3.5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:40-da qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə və yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.