Aİ-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı BƏYANAT

13 İyul, 2020, 16:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“2020-ci il 12-13 iyul tarixində həm Ermənistan, həm də Azərbaycan tərəfi iki ölkənin sərhədində ağır silahların cəlb olunduğu ciddi insidentin baş verdiyini bəyan edib. Bu, təəssüf ki, insanların həyatını itirməsinə səbəb olub”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında bildirilir.

Avropa İttifaqı bəyanatında hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.

“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi yaradılmış formatdan istifadə etməlidir. Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqini bərpa edilməsi vacibdir”, – deyə bəyanatda qeyd olunur.

Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93