“Aİ Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqları dəstəkləyir” – Səfir

28 May, 2020, 18:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident seçkiləri” və “andiçmə mərasimi”ni tanımır.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Xartselin məktubunda bildirilib.

Məktub Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” və Şuşada təşkil edilən “andiçmə mərasimi”nə etirazın bildirildiyi bəyanatına cavab olaraq təqdim edilib.

Səfir qeyd edib ki, bu hadisələr Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz: “Avropa İttifaqı ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin dayanıqlı sülh üçün substantiv danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə səyləri bundan sonra da dəstəkləməyə hazırdır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93