Salam, xoş gəlmisiniz.

Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? - RƏSMİ CAVAB

2018-05-19 11:05:42

Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? - RƏSMİ CAVAB

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib: "Yeni saziş üzrə danışıqların iştirakçıları bizi müzakirələrin cari vəziyyəti haqqında məlumatlandırmaq məqsədilə Parlament Əməkdaşlıq Komitəsinin hər bir iclasına qatılır".

C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir:

"Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93