“Ailə kəndli təsərrüfatlarına 350 milyon manatdan artıq kredit verilib” – “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti

0

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 2020-ci ilin 1-ci yarımilliyi üzrə  fəaliyyətini uğurla başa vurmuşdur. Bu barədə Hurriyyet.org-a “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. “Aqrarkredit” ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərilmişdir:

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) cari ilin 1-ci yarımilliyində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ölkədə müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq kənd təsərrüfatının inkişafına yardım göstərmək məqsədilə kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə respublikanın bütün ərazisini əhatə edən 12 regional filialı vasitəsilə kredit xidməti göstərərək kənd təsərrüfatı və emal sahələrinin maliyyələşdirilməsində aktiv rol oynamışdır.

“Aqrarkredit” QSC-nin əsas hədəf auditoriyası respublikanın regionları, xüsusilə də kənd yerlərində fəaliyyət göstərdiyinə görə “Aqrarkredit” QSC tərəfindən ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərilmişdir.

“Aqrarkredit” QSC tərəfindən 2020-ci ilin birinci yarımilliyində öz vəsaitləri, eləcə də “Sahibkarlığın İnkişafı Fondu”, “Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12.1 milyon manat məbləğində kredit verilmişdir. “Aqrarkredit” QSC-nin 30 iyun 2020-ci il tarixinə kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87.2 milyon manat təşkil etmişdir.

Ümumilikdə 2004-cü ildən indiyədək “Aqrarkredit” QSC tərəfindən 33 mindən çox hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına 350,0 mln. manatdan artıq kredit verilmişdir ki, bu da təxminən 25 min yeni iş yerlərinin açılması, eyni zamanda kənd təsərrüfatında çalışan insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması deməkdir.

“Aqrarkredit” QSC 2020-ci ilin 1-ci yarımilliyi üzrə fəaliyyətini mənfəətlə başa vurmuşdur. 30 iyun 2020-ci il tarixinə Kredit Təşkilatının aktivləri 12423.9 milyon manat, öhdəlikləri 12393.2 milyon manat, məcmu kapitalı 30.7 milyon manat, Nizamnamə kapitalı 22.7 milyon manat təşkil etmişdir.

“Aqrarkredit” QSC-nin məqsədlərindən biri də ixrac yönümlü kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə və kredit vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq və ölkəmizin ixrac potensialının artırılmasına, ölkəyə xarici valyuta gətirməklə valyuta ehtiyatının artırılmasına töhfə verməkdir.

Ölkənin kənd təsərrüfatına xidmət edən ən böyük bank olmayan kredit təşkilatı olan “Aqrarkredit” QSC öz strateji məqsədlərinə uyğun olaraq Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları və onların Azərbaycan Respublikasındakı nümayəndələri ilə əməkdaşlığa da xüsusi əhəmiyyət verir.

Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyevlə Asiya İnkişaf Bankının prezidenti cənab Masatsuqu Asakava və həmin bankın digər rəhbər nümayəndələri arasında 1 iyun 2020-ci il tarixində keçirilmiş video konfransda müzakirə edilmiş kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələlərinin məntiqi davamı kimi, eyni zamanda  “Aqrarkredit” QSC-nin beynəlxalq təcrübəlsinin davam etdirilməsi məqsədilə 2020-ci ilin iyun ayının 24-də “Aqrarkredit” QSC-nin rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında video konfrans keçirilmişdir. Konfransda regionlarda mikro, kiçik, orta biznesin inkişafına daha yüksək səviyyədə kredit xidməti göstərmək üçün “Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra kənd təsərrüfatı layihələrinin birgə icrasına başlamaq əsas prioritet kimi vurğulanmışdır.

“Aqrarkredit” QSC-nin kollektivi qarşısına qoyulmuş hədəfləri ölkənin bütün kənd və qəsəbələrinin hüquqi və fiziki şəxslərinin, borclular qruplarının, ailə kəndli təsərrüfatlarının kredit əlçatanlığına nail olmaqla strateji missiyasını həyata keçirmək məqsədilə bundan sonra da borc istəyənlərə nümunəvi kredit xidməti göstərməyə çalışmaq olacaqdır”.

Hurriyyet.org