Şair Murad Köhnəqala azadlığa buraxıldı

14 İyun, 2019, 16:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Şair Murad Köhnəqala həbsdən buraxılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, dostları onun aliment borcundan 3 min manatını ödəyib. Qalan məbləğin ödənilməsi üçün ona 10 gün möhlət verilib. Ş.Göytürk həmçinin qeyd edib ki, Murad Köhnəqala qalan pulu ödəməsə onun barəsində cinayət işi başlanacaq.

Qeyd edək ki, Murad Köhnəqala ötən gün Tovuz rayon Məhkəməsinin qərarı ilə 15 günlük inzibati həbs cəzasına məhkum edilib. Şairin birinci həyat yoldaşına 12 min manat aliment borcu var.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93