“Ali Məhkəmənin hakimi İlqar Dəmirov əsassız yerə qərarı geri qaytarıb” – SUMQAYIT SAKİNİ RƏŞAD MƏMMƏDOV

12 May, 2020, 17:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“JEK-in Rəfail adlı işçisi rüşvət alıb”

Ölkədə hansısa vətəndaşa məxsus mülkiyyətin qanunsuz, saxta yolla başqa bir vətəndaşın adına keçirilməsi yaxud satılması barədə kifayət qədər faktlar var. Vətəndaşın mülkiyyət hüququ Konstitusiya və digər qanunlarla qorunmasına rəğmən, təəssüf ki, bəzi məmurlar bu hüququ rüşvət müqabilində kobud surətdə pozmağa cəhd göstərirlər və bəzi hallarda buna nail olurlar.

 “Konkret Sumqayıtda rüşvət alırlar”

Sumqayıt şəhər sakini Məmmədov Rəşad Əjdər oğlunun “Hürriyyət” ə dediklərinə görə də qohumu Məmmədov Məmməd Musa oğlu ona məxsus 255 kvadrat ərazisi olan obyekti qanunsuz satıb. R. Məmmədov buna görə ölkə başçısına müraciət edib: “Cənab prezident, Sizdən xahiş edirəm, Sumqayıtda bütün orqanlarda çalışan məmurların barəsində tədbir görülsün, onların canında qorxu yoxdur. Cənab prezident, bəzi yerlərdə məmurları dəyişdiniz, Sizdən xahiş edirəm, bura da göz qoyasınız, burada da məmurlar qorxsunlar. Bunlarda qorxu yoxdur, konkret burada rüşvət alırlar. 2005-ci ilin dekabrında mənə obyekt kimi qərarla ayrılmış yerimi 2014-cü ildə Məmmədov Məmməd Musa oğluna vermişəm. O, mənə məxsus obyekti qeyri-qanuni satıb. Məhkəməyə şikayət etmişəm, Apellyasiya Məhkəməsini udmuşam, amma Ali Məhkəmənin hakimi İlqar Dəmirov əsassız yerə qərarı geri qaytarıb ki, təzədən baxış olsun, Tərtər sakini Bahar Əliyeva adlı qadın var, o, işə cəlb olunsun”.

“Məhkəmə obyektə “stop” qoyub, bunlar da özbaşına satıb”

R. Məmmədov bildirib ki, Bakıda, Sumqayıtda bütün orqanlara şikayət verib: “Mən şikayətim odur ki, Rəfail adlı JEK-in işçisi rüşvət alıb. Ondan başqa, su, qaz, işıq idarələri rüşvət alıb, qanunsuz ona arayış veriblər. Özbaşına qaza, suya, işığa kod açıblar. İndi 1-2 aydı əmlakımı götürüb məktəb direktorunun müavininə satıblar. O da deyir, “mənim adamım var. Yarısını da bir qadın var, ona satıb, tanımıram. Məhkəmə gedə-gedə satıb. Bunu necə satıb? “Uçaskovı” gəlib çəkiliş edib aparıb. Məhkəmə obyektə “stop” qoyub, bunlar da özbaşına satıb. Mənim Apelliyasiyadan şikayətim yoxdur, Ali Məhkəmənin hakimi İlqar Dəmirovdandır. O, qarşı tərəfin sənədi olmadan Apellyasiya Məhkəməsinin qərarını geri qaytardı. Nə əsasla? Yəqin rüşvət alıb. Mən bildirirəm ki, Sumqayıtda məmurlar rüşvət alır. Cənab prezident, xahiş edirəm, Bakıda nə qədər rüşvətxor məmurları təmzilədiniz, Sumqayıtda  rüşvətxorluq baş alıb gedir. Sumqayıt şəhər 4-cü polis bolməsinə şikayət etmişəm, baxmır, amma bələdiyyədən şikyətim yoxdur. Bələdiyyə təsdir edir ki, mənə məxsusdur. Sumqayıtda konkret rüşvəxroluq baş alıb gedir, məmurlar dövləti saymırlar. Rəfail rüşvət alıb, məni sahəmi ona ölçüb. Burada torpaqları o ölçür. Deyir, “mənim qorxum yoxdur”.  Obyekti alan da deyir, “mənim adamım var, məktəbin “zauç”uyam”. Deyirəm, cənab prezidentdən də qorxmursan, deyir, “mənim heç kəsdən qorxum yoxdur”.  Obyektin o biri hissəsini də alan Günel adında qadındır”.

“Cənab prezidentə, Dövlət Təhlükəsizlik Xidmətinə,  Baş Prokurorluğa,  hamısına müarciət etmişəm, heç bir yerdən məni çağıran yoxdur ki, sənin şikayətin nədir”-deyə şikayətçi əlavə edib.

“Məhkəmə qərarları mənim xeyrimədir, amma Ali Məhkəmə geri qaytarır”

R. Məmmədov onu da qeyd edib ki, sonuncu məhkəmə prosesi bu il martın 16-da olub: “Məhkəmə ona görə təxirə düşdü ki, Rəfail götürüb o tərəfi çəkib, buranı çəkməyib, ora da mənə aid deyil, Tanrıverdiyev Müşfiq Sabir oğlunun adınadır.  Hakim də yazıb ki, üst-üstə düşmür. Yəni ki, bunların heç bir əsaslandırması yoxdur. Məktəbin “zauçu” mənim obyektimi ev kimi edib.  Məhkəmə qərarları mənim xeyrimədir, amma Ali Məhkəmə geri qaytarır”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93