Alimin bu tədqiqatı DÜNYANI ŞOKA SALACAQ: yeni insan hazırlanır – FOTO

11 İyun, 2019, 8:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Rusiya bioloqu Denis Rebrikov “GMO-uşaq” (Genetik Modifikasiya olunmuş Orqanizm) yaratmağı planlaşdırır.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bioloq sensasiyalı plan haqqında “Nature” jurnalına müsahibəsində danışıb.

Rebrikovun sözlərinə görə, əgər müvafiq razılıq alacağı halda, ilin sonuna kimi GMO embrionların implantasiyasını həyata keçirmək imkanına baxır. Sınaq CCR5 geninin modifikasiyasına hədəflənəcək. Bu modifikasiya üzərində ötən ilin noyabrında ilk “GMO-uşaq”ların yaradılması haqqında planlarını açıqlayan qalmaqallı məşhur Çin bioloqu Xe Szyankuy işləyirdi.

Rebrikov iddia edir ki, genin modifikasiyası üzrə onun metodu daha faydalı, daha az təhlükəli, cəmiyyət üçün daha etik və münasib olacaq.

Bununla belə, “Nature” nəşrinin fikrini öyrəndiyi mütəxəssislər Rusiya bioloqunun planlarından narahatlığını ifadə ediblər. Mütəxəssislərin fikrincə, bioloqun istifadə etməyə planlaşdırdığı genin dəyişdirilməsi texnologiyası hələ ki hazır deyil. Bundan başqa, prosedurun etik tərəfi müəyyən suallara səbəb olur.

Qeyd edək ki, Denis Rebrikov – biologiya elmləri doktorudur. O, Moskvada Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibb Tədqiqat Mərkəzində GMO laboratoriyasına başçılıq edir və Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin elmi işçisidir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93