Alimpaşa iş adamını necə aldatdı? – “Bir yerin iki sahibi” silsiləsindən / VİDEO-İTTİHAM

2 İyul, 2020, 17:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ötən yazlarımızda xəbər verdiyimiz kimi Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı təyin olunduğu gündən rayonun bütün ərazilərini qarış-qarış satıb. Bir gün görüb ki rayonda hərraca çıxarılası heç nə qalmayıb, satdığını ikinci dəfə satmaq qərarına gəlib. Beləcə Şəmkir rayonunda “iki sahibli” yerlərin sayı durmadan artıb.

İki günə əvvəl Şəmkir Şampan zavodunun yüz hektarlarla ərazisini Rusiyada bizneslə məşğul olan şəmkirlilərə satılması barədə məlumat vermiş və həmin yerlərin Dövlət Əmlak Komitəsində qeydə alınan sənədlərini paylaşmışdıq. Ovqat.com-un bu gün əldə etdiyi məlumata görə, iş adamı Zümrüd Kamal qızı Cabbarovanın başına gələnlər də Şampan zavodunun rəhbərlərindən fərqlənmirmiş.

İş adamının ölkə başçısına yazdığı şikayət məktubundan belə çıxır. Məktubda qeyd olunur ki, rayonun tikinti malları mağazası olan iş adamının obyekti 2015-ci ildə zorla əlindən alınaraq “Sabirabad” MMC-yə aid əraziyə köçürülür. Bu ərazidə yeni bazarını quran Zümrüd xanım bir müddət sonra sürprizlə qarşılanır. Yerin əsl sahibi ortaya çıxıb ərazinin ona aid olduğunu bildirir və bunu təsdiqləyən sənədlər ortaya qoyur.

Halbuki Zümrüd Cabbarova və övladları bu obyektlərinin ərsəyə gəlməsi üçün 98 min manat pul xərcləyiblərmiş. İndisə, it də əldən gedib, ip də.

Dərd burasındadır ki, Zümrüd xanım üzləşdiyi bu özbaşınalıqdan şikayət etməyə ünvan da tapa bilmir.

İş adamının oğlunun  video-şikayətini təqdim edirik.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93