Almaniyada ət kombinatında koronavirusa KÜTLƏVİ YOLUXMA AŞKARLANIB

0

Almaniyanın qərbində koronavirusa kütləvi yoluxma aşkarlanıb. “Westfalen-Blat” qəzetinin yaydığı məlumata görə, son həftəyarımda Reda-Videnbryuk yaşayış məntəqəsində yerləşən ət kombinatında 600 nəfərin infeksiyaya yoluxduğu üzə çıxıb.

Ötən həftə koronavirus “Toennies” konserninə məxsus kombinatın 128 işçisində aşkarlanıb. Bundan sonra digər işçilər arasında test aparılıb – 1000 nəfərdə. Onlardan 475-də testin cavabı müsbət olub, qalan 400 nəfərin cavabı yaxın günlərdə məlum olacaq. Kombinatda cəmi neçə nəfərin işlədiyi açıqlanmır. “Toennies” konserninin dünyada olan müəssisələrində ümumilikdə 16,5 min nəfər çalışır.

Yerli hakimiyyətin rəhbəri müəssisənin müvəqqəti olaraq fəaliyyətinin dayandırıldığını açıqlayıb. Virus aşkarlanan və onlarla təmasda olan bütün şəxslər karantinə alınıb. DPA agentliyinin məlumatına görə, ümumilikdə 7 min nəfər karantinə alınıb. Sabahdan isə 360 min nəfərə yaxın əhalisi olan Güterslo əyalətində bütün uşaq bağçaları və məktəblər bağlanacaq. \\Musavat