Almaniyada karantinlə bağlı növbəti qərar: Yenidən yayılsa…

5

Almaniyada koronavirus epidemiyası yenidən sürətlə yayılmağa başlayarsa, yerli hakimiyyətlər lokal təcrid qaydalarını tətbiq edə bilər.

Bu barədə Federal Hökumət qərar qəbul edib.

Qərara əsasən, bir çox ərazilərdə yerli hakimiyyət orqanları özləri karantin tədbirlərinin yumşaldılması ilə bağlı növbəti tədbirləri təyin etmək hüququna malik olacaqlar. Bu, xüsusilə uşaq bağçalarının, ibtidai və orta məktəblərin, restoranların və kafelərin fəaliyyətlərinin tədricən bərpa edilməsinə aiddir. \\Axar