Salam, xoş gəlmisiniz.

Almaniyada həbs edilən Əlövsət Əliyev azadlığa buraxıldı

2020-02-13 14:23:00

Almaniyada həbs edilən Əlövsət Əliyev azadlığa buraxıldı

“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, A.Əliyev azadlığa buraxılıb. 

Qeyd edək ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi.

Xatırladaq ki, Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93