Almaniyadan Qarabağ separatçılarına daha bir zərbə

23 May, 2020, 10:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun idarə etdiyi oyuncaq rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər.

Eyni zamanda qondarma “Arsax Respublikası”nın AFR-dəki səfiri” Arutyun Qriqoryanın “Facebook”da profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93