Almaniyanı silkələyən xəbər – AGENT İFŞA EDİLDİ

3

Hurriyyet.org xəbər verir ki, Almaniyada Nazirlər Kabinetinin mətbuat katibinin ofisində işləyən bir şəxsin casus olduğu aşkar edilib.

Almaniya Federal Hökumətinin Mətbuat və İnformasiya şöbəsinin başçısı və hökumətin mətbuat katibi Şteffen Zaybertin ofisində çalışan əməkdaşın illərlə Misir kəşfiyyatına işlədiyi meydana çıxıb.

Konstitusiyanı Mühafizə Təşkilatının (BfV) dünən açıqlanan 2019-cu il hesabatında həmin əməkdaşın illərlə Misirin gizli kəşfiyyatına işlədiyi iddiası ilə Federal Baş Prokurorluq tərəfindən istintaqın başlandığı bildirilir.

Hesabatda Misirin kəşfiyyat xidmətinin Almaniyada yaşayan müxalifətçi insanları və jurnalistləri təqib eləmək üçün fəaliyyət göstərdiyi bildirilib.

Almaniyanın “Bild” qəzetində dərc olunan xəbərdə isə həmin agentin qəbul şöbəsində işlədiyi və Almaniyaya akkreditasiya olan misirli jurnalistlərlə bağlı məlumatları əldə elədiyi qeyd edilib.

Xəbərdə Misirin prezidenti Əbdülfəttah əs Sisi tərəfindən diktatorluqla idarə edildiyi, işgəncə və edam cəzalarının tətbiq edildiyi bir ölkə olduğu vurğulanıb, müxalifətçi jurnalistlərin ciddi nəzarət altında olduqları yazılıb.

Hurriyyet.org