Salam, xoş gəlmisiniz.

Şamaxıda AĞIR YOL QƏZASI: 1 ölü, 4 yaralı

2018-03-24 10:34:07

Şamaxıda AĞIR YOL QƏZASI: 1 ölü, 4 yaralı

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford Transit" markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.

Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır./apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93