Amerikadan açıqlama: “TikTok” təhlükəlidir”

6

Ağ Ev Çini “TikTok” vasitəsilə uşaqları izləməkdə ittiham elədi

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidentinin ticarət üzrə müşaviri Piter Navarro Çin Kommunist Partiyasının TikTok proqramı vasitəsilə amerikalı uşaqları izləyə bildiyini bəyan edib.

Navarro “Foks Nyus” kanalına müsahibəsində deyib: “TikTok”un əyləncəli olduğunu bilirəm. Lakin o, həm də təhlükəlidir. Məsələ də bundadır. Baxın, indi səhər saat 10-dur. Çinin Kommunist Partiyası sizin uşaqlarınızın harada olduğunu bilirmi? Cavab müsbət ola bilər”.

O, “Tik-Tok”un Amerikanın “Maykrasoft” şirkəti tərəfindən alınması ehtimalına da şübhə ilə yanaşıb. Onun sözlərinə görə, “Maykrasoft” özü də Çin Xalq Respublikasında işləyir və bu “suallar doğura bilər”.

“TikTok” – Çinin “ByteDance” şirkətinə məxsus, qısa videoların yaradılması və paylaşması proqramıdır. 2018-ci ildən fəaliyyət göstərir.

Hurriyyet.org