“Amrah Bank” və “Atabank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq

8 May, 2020, 18:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi “Amrah Bank” və “Atabank” ASC-lərdə sığorta hadisəsi “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

“Kapital Bank”ın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.

ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93