“Analogiya üzrə mübadiləni müzakirə edə bilərik” – Paşinyan əsirlikdə olan Azərbaycan vətəndaşı barədə

19 Mart, 2019, 13:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistan Azərbaycanla sərhəddə azmış və sərhədin o tayına keçmiş vətəndaşların mübadiləsi imkanlarını müzakirə edə bilər.

“Sputnik Ermənistan”a xəbər verir ki, bunu bu gün keçirilmiş mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, əvvəllər belə bir təcrübə olub – sərhədi keçmiş şəxsləri bir həftə ərzində geri qaytarırdılar. Bu təcrübə hər zaman həyata keçirilirdi.

“Lakin bu təcrübəyə o zaman son qoyuldu ki, silahlı azərbaycanlılar bizim ərazilərə daxil oldular və insanları öldürdülər. İndi qətldə ittiham olunanları azmış şəxslərlə dəyişmək olarmı?! Biz indi də azanları azanlara dəyişməyə hazırıq. Başqa cür isə, düşünürəm ki. düzgün deyil”, – baş nazir bildirib.

Ötən həftə sərhədi keçmiş və Ermənistanda saxlanılmış Azərbaycan vətəndaşı Elvin İbrahimovdan danışarkən Paşinyan bildirib ki, istintaq həmin şəxsin diversant olub-olmadığını müəyyənləşdirəcək.

“İnsan qətl törədibsə, mübadilə zamanı biz qətlə yetirilmiş şəxsin qohumlarının fikrini öyrənməliyik. Əgər törətməyibsə, mübadilə məsələsini müzakirə etməyə hazırıq”, – baş nazir əlavə edib.

Erməni mənbə qeyd edir ki, hazırda Azərbaycanda Ermənistanın Tavuş rayonunun Berdavan kənd sakini Karen Kazaryan həbsdədir. Azərbaycan məhkəməsi onu diversiya törətmək cəhdində təqsirli bilərək, 20 il müddətinə azadlıqdan məhrum edib.

Azərbaycanın iki vətəndaşı – Şahbaz Quliyev və Dilqəm Əsgərov işğal altında olan Dağlıq Qarabağda həbsdədirlər. Onlar 2014-cü ildə separatçı rejim tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlanılıblar./virtualaz.org/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93