“ANAM ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR…” – Həbsdəki MTN generalı sabiq müstəntiqə nələri deyib?

11 İyun, 2019, 11:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Sabiq müstəntiq, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə həbsdən azadlığa buraxılmış Rüfət Səfərov hazırda həbsxanada cəza çəkən məşhur MTN generalı Elçin Quliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.

Hurriyyet.org-un məlumatına görə, R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb, onunla bir dialoqunu paylaşıb.

Sabiq müstəntiq yazır: “Günün birində dustaq yoldaşım, uzun illər uğrunda canını fəda etdiyi rejim tərəfindən paqonları sökülən MTN generalı Elçin Quliyev hələ iş başında ikən Allahşükür Paşazadənin ona göndərdiyi Qurani-Şərifi oxumaq üçün mənə təqdim edib dedi: “Oxu, rahatlıq tapacaqsan… Mən tapıram…” Amma nəsə utandım, daha soruşmadım ki, necə rahatlıq tapırsınız?…

mtn-elçin-quliyev (1)

Şərait və zaman belə gətirdi: hərdən onunla söhbət edirdik, dərdləşirdik.

Son aylarda onu hədələyib, məndən uzaq gəzməsini tələb edibmişlər. Dilinin ucu ilə salam verib ötürdü. Yəqin “dost”ları maraq bürüyübmüş: bir MTN generalı ilə müxalifətçi nədən danışa bilər?…

Ayrıldığımız gün məni bir bucağa çəkib söylədi ki, “76 yaşlı anam özünü yandırmaq istəyir…” Bütün analar kimi oğlunun günahsızlığına əminmiş…”


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93