Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar

9 Oktyabr, 2017, 11:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org  lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau“ cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.
 
Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar“ Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır. 
 
Onu da bildirək ki, “caucau“ cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır. 

““ 

““ 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93