Salam, xoş gəlmisiniz.

Anar Burcəliyevin namizədliyi qeydə alındı

2020-01-16 17:14:00

Anar Burcəliyevin namizədliyi qeydə alındı

Fevral ayının 9-da növbədənkənar keçiriləçək altıncı çağırış Milli Məclisinə  37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən sərbəst qaydada teatrşünas-tənqidçi Anar Məmməd oğlu Burcəliyevin namizədliyi qeydə alındı.

Xatırladaq ki, Anar Məmməd oğlu Burcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, Respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləçə də müsahibələrin həmçinin doqquz kitabın müəllifidir.

Anar Burcəliyev 2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı və 2017-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1992-ci ildə A. Burcəliyev C. Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb. 30 iyun 2008-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93