Salam, xoş gəlmisiniz.

Ankarada Vaqif Səmədoğlu ANILIB

2020-02-05 21:03:00

Ankarada Vaqif Səmədoğlu ANILIB

Azərbaycanın xalq şairi Vaqif Sənədoğlunun 80 illiyilə bağlı Ankarada Beynəlxalq Türk Məzdəniyyəti Təşkilatında (TÜRKSOY) anım tədbiri keçirilib.

Təbirdə Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev,  TÜRKSOY-un rəhbəri Lüsen Kasseinov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova, Türkiyənin tanınmış ədəbiyyat adamları, ziyalıları, Hacı Bayram Vəli Universitetinin müəllimləri iştirak ediblər.

Tədbirdə Vaqif Səmədoğlunun şair, yazıçı, musiqiçi, cazmen kimi xüsusiyyətlərindən, 60-cılar nəslinin ən fəal nümayəndəsi kimi xidmətlərindən bəhs olunub.

Tədbirdə azərbaycanlı aktyorlar Kamran Yunus, Xəzər Süleymanlı şairin şerlərini səsləndiriblər.

Türkiyədə fəaliyyət göstərən "Xəzər" rəqs ansamblının solistləri Cənər Coşqun, Aynur Nazarbayeva rəqslərlə çıxış ediblər, opera sənətçisi Güner Arkan şairin şeirlərinə bəstələnmiş mahnılar ifa edib. \\APA

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93