Aprel savaşında ordumuzun qarşısından qaçan erməni generalın ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI

16 May, 2019, 10:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, “aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsinin səbəbi məlum olub.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Paşinyan Karapetyanı ötən ilin dekabrında vəzifəyə gətirib.

Onun bu addımı ermənilər tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Çünki Ermənistanda “aprel müharibəsi” zamanı kəşfiyyat idarəsinin rəhbəri olmuş Karapetyanın Azərbaycan Ordusunun hərəkəti haqqında dəqiq məlumat verə bilmədiyi üçün məğlub olduqlarını hesab edənlər var.

Keçmiş prezident Serj Sarkisyan məğlubiyyətdən sonra Karapetyanı vəzifəsindən çıxararaq Moskvada hərbi attaşe təyin etdi.

Lakin Nikol Paşinyan hakimiyyətə gələndən sonra Karapetyanı geri çağırdı və özünün müşaviri vəzifəsinə gətirdi. Paşinyan bildirdi ki, o, “aprel müharibəsi”nə dair yüzlərlə məxfi sənədi oxuyub, amma heç birində kəşfiyyatın səhvinə dair məlumat əldə edə bilməyib.

Erməni şərhçi Akop Badalyan isə Azərbaycan Ordusunun qarşısından qaçan kəşfiyyat generalının Paşinyan tərəfindən vəzifəyə gətirilməsinin şok səbəbini açıqlayıb.

“Robert Koçaryana qarşı 1 mart işi üzrə irəli sürülən ittihamlar Karapetyanın xüsusi ifadələri əsasında irəli sürülüb. Karapetyan ifadələrində bildirib ki, 2008-ci ilin 23 fevralında Robert Koçaryan müdafiə naziri olan Mikayel Artünyanı ordudakı vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Hətta Artünyan müavini Manvel Qriqoryanın harada olduğunu belə bilmirmiş. Bu ifadələr əsasında Koçaryanın həbsi mümkün olub. Paşinyan da Koçaryanı satan generalı özünə müşavir təyin edib. Bu faktı Koçaryanın vəkilləri də təsdiqləyiblər”, – deyə erməni şərhçi bildirib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93