Apteklərdə tibbi maska 40 manata satılır – Foto

28 Mart, 2020, 21:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycanda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub.

Bəzi apteklər tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə başlayıblar. Artıq apteklərdə müştərilərə maska 40 manata təklif olunur.

Koronavirusa görə müşahidə olunan suni qiymət artımı sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb.

Qeyd edək ki, martın 9-da hüquq mühafizə orqanları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. \\Bizimyol.info

maska


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93