Aqil Abbas: "Əmim nəvəsi soğandan bir milyon qazanıb" – Video

8 Oktyabr, 2019, 21:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Millət vəkili Aqil Abbas “İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olub.

 

Verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub.

“Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərüfatımda. Məhsulumu da satdım gürcüstanlılara”.

Qeyd edək ki, müzakirələrin birində işsizlikdən şikayətlənən kəndlilərə “torpağın var, soğan ək, ailəni saxla”, – deyən Aqil Abbasın bu sözü uzun müddət müzakirə mövzusu olmuşdu. (Oxu.az)

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93