Salam, xoş gəlmisiniz.

AQTA sədri istehsal tarixi ən çox dəyişdirilən məhsulları açıqladı

2020-02-13 13:01:00

AQTA sədri istehsal tarixi ən çox dəyişdirilən məhsulları açıqladı

"AQTA-nın apardığı araşdırmalar nəticəsində istehsal tarixi ən çox dəyişdirilən süd və süd məhsulları, həmçinin qənnadı məhsullarıdır".

Hurriyyet.org xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin məhsulların son istifadə tarixlərinə müdaxilələr aşkarlanıb.

"Son fakt kimi Yeni il öncəsi uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirilməsi aşkarlanmışdı", - deyə o bildirib./apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93