“ARAZ” MARKETLƏRDƏ QİYMƏT ARTIMI – Qiymətlərin süni şəkildə artırılmasına etiraz edən vətəndaş prezidentə müraciət etdi / SƏS YAZISI

28 Mart, 2020, 17:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Dünən guya, fövqalədə vəziyyət elan olunub. Marketlər də qiymətləri qaldırıblar. Axşam Nizami rayonunda “Star” komleksin yanında yerləşən “Araz” marektə getdim. Hər gün həmin marektdən evə ərzaq və eyni zamanda “Milla” südü alıram. Əvvəl 3,5%-lik “Milla” südünü 1.80 qəpiyə, 2,5%-lik südü isə 1.45-ə alırdım. Dünən axşam isə 2.5%-lik südü 2 manat 15 qəpiyə aldım. Yumurta 4 manat 55 qəpik olub. Uşaq yeməyi olan “Cici bəbə” 2 manat 39 qəpikdən 2 manat 45 qəpiyə qalxıb. Nəyi sadalayım? Hər şey bahalaşıb. Saçaqlı pendir 1manat 89 qəpikdən 3 manat 20 qəpiyə qalxıb. Bunun virusa dəxli var? Ərzaq mallarının qiymətini qaldırıb, vəziyyətdən istifadə edirlər”.

Hurriyyet.org xəbər verir ki, bu barədə oxuculardan biri şikayət edib.

Şikayətçi prezident İlham Əliyevə müraciət edib: “Mən bir vətəndaş kimi xahiş edirəm, qiymətlərə nəzarət edən qurumlar marektlərdə ərzağın qiymətinə nəzarət etsinlər. Onsuz da hər gün ərzağın 1 kiloqramının qiyməti 10  qəpiyədək qalxır. Bunu kasıb təbəqə görür. Varlı təbəqə isə heç qiymətlərin qalxmasına baxmır. Cənab prezident, xahiş edirəm, qiymətlərin qalxmasının qarşısı alınsın”.

Şamo EMİN, Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı geniş araşdırma aparacağıq. Bizi izləyin.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93