ARİF QASIMOV MİLYONLARA NECƏ SAHİB OLDU… – Nizaminin icra başçısının varidatı haqda ŞOK FAKTLAR / ANONS

28 May, 2020, 18:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 4 xal, ortalama: 5,00
Loading...

Nizami rayonunun icra başçısı Arif Qasımovun öz sərvətini gizlətməyə çalışdığı haqda ötən yazımızda məlumat vermişdik. Qeyd etmişdik ki, onun oğlunun adına olan, ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobili (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirdiyi haqda bilgilər var. Onu da vurğulamışdıq ki, icra başçısı təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib. Hansı ki, bu haqda məlumat verən mənbə A.Qasımovun gizlətdiyi və başqasının adına keçirdiyi bütün əmlaklarının siyahısını redaksiyamıza təqdim edəcəyini vurğulamışdı.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, artıq icra başçısının on milyonlarla dollar dəyəri olan varidatının böyük əksəriyyətinin siyahısı əlimizdədir. Üstəlik, Arif Qasımovun qanunsuz yollarla əldə etdiyi digər obyektlərin üzə çıxarılması ilə bağlı araşdırmamızı davam etdirməkdəyik.

Nizaminin icra başçısının mal varlığı haqda oxucularımıza məlumat verməzdən öncə qeyd edək ki, bu haqda araşdırma aparmaqda məqsədimiz ölkə başçısının korrupsiya və rüşvətxorluğa qarşı apardığı kampaniyaya dəstək verməkdədir. Xüsusən də, arxası “yuxarılara” bağlı olan bu kimi məmurların mal varlığı ilə bağlı araşdırma aparıb, ölkə başçısına təqdim etməli olan aidiyyəti qurumların öz səlahiyyətlərin tam olaraq icra etmədiklərini və prezidentin bu məsələ ilə bağlı mediaya çağırışını nəzərə alıb, bu missiyanı öz üzərimizə götürməyi qərara aldıq. İnanırıq ki, təqdim edəcəyimiz faktlar hüquq-mühafizə orqanlarının Nizami rayon icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı geniş araşdırma başlatmasına da zəmin yaradacaq.

Beləliklə, gələn həftədən etibarən Arif Qasımovun varidatı ilə bağlı əlimizdə olan faktları təqdim edəcəyik. Bu zaman biləcəksiniz ki:

– Nizaminin bələdiyyə sədri olduğu və rayona rəhbərlik etməkdə olduğu dönəmdə icra başçısı hansı torpaq sahələrini ələ keçirib;

– Nizami rayonu ərazisində onun neçə restoranı, ticarət mərkəzi və obyekti var;

– Arif Qasımovun dəyəri milyonlarla dollar olan villaları və tikdirdiyi yaşayış binaları hansılardır;

– İcra başçısı bu qədər mal-mülkü necə və kimlərin əli ilə əldə edib;

– A.Qasımov onun qanunsuz əməllərini icra etdiyi üçün barəsində cinayət işi açılan bələdiyyə işçisinin əvəzinə, başqa şəxsi necə həbs etdirib;

– Və yaxud Xəlilov Yaşar Həsən oğlu kimdir və kimin əvəzinə həbsxanada yatır?

Bu və digər faktlarla tanış olmaq istəyirsinizsə, “Hürriyyət”i izləyin!


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93