Salam, xoş gəlmisiniz.

“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

2018-02-15 17:18:38

“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

Cəmilə Tağıyeva: “Arif Alışanov 860 min manat borcunu ödəməmək üçün bu yola əl atıb”

“AzTV sədri Arif Alışanovu öldürməyə cəhdlə bağlı aparılmış istintaq işi tamamilə quramadır və heç bir fakta əsaslanmır, ona qarşı dələduzluq etmək iddiası isə gülüncdür”.

Bunları “AzPolitika.info”ya açıqlamasında sözügedən cinayət işində təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva ibtidai istintaqın yekunlaşıb, işin məhkəməyə göndərilməsi xəbərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib. Prosesin hazırlıq iclası fevralın 20-də keçiriləcək.

C.Tağıyeva deyib ki, vaxtilə ailəsinin yaxın dostu olmuş A.Alışanov, brokerliq fəaliyyəti göstərən atasının vasitəsilə Şamaxı rayonunun müxtəlif kəndlərində, təxminən 5 milyon manata 185 hektar torpaq sahəsi alıb. Həmin sahələri qızlarının, qohumlarının və sürücüsü Hacı Babayevin adına rəsmiləşdirib.

“Lakin A.Alışanov sonradan verdiyi pulları müxtəlif üsullarla atamdan geri almağa çalışıb. Bu niyyətini gerçəkləşdirmək, eləcə də borclu qaldığı 860 min manatı ödəməmək üçün o, məlum “öldürməyə cəhd” ssenarisini işə salıb. Bu ssenari reallaşdıqdan sonra atam həbs olunub, AzTV sədri Şamaxıdakı fermamızı, onlarca mal-qaramızı, yüzlərlə qoyun-quzumuzu, Aqrolizinqdən icarəyə götürdüyümüz çoxsaylı texnikanı, hətta yaşadığımız evi belə ələ keçirib. Bütün bunları bilə-bilə istintaq formal və birtərəfli aparılıb. Hara və kimə şikayət etmişiksə nəticəsi olmayıb, ona görə də indi heç olmasa, məhkəmənin ədalətli qərar çıxacağına ümid edirik” – deyə C.Tağıyeva əlavə edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93