Arsenal final bileti sayının azlığından narazıdır

10 May, 2019, 12:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Avropa Liqasının Bakıda keçiriləcək final oyununun iştirakçılarına 6 min bilet verilib.

Hurriyyet.org goal.az-a istinadən xəbər verir ki, bu, "Arsenal" tərəfinin narazılığına səbəb olub.

London təmsilçisi 68 min 700 nəfərlik azarkeş tutumuna malik arenada onlara bu qədər biletin ayrılmasını düzgün hesab etmir və bundan məyus olduqlarını ifadə edib. Onlar təxminən 45 min mövsümlük bilet alan azarleşlərinin və klubun 180 mindən çox rəsmi üzvünün olduğunu xatırladıblar. "Arsenal" azarkeşləri üçün biletlərin qiyməti 26-121 funt-sterlinq arasında olacaq. Əksər biletlər isə 43 funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, "Arsenal" və "Çelsi" komandaları arasında final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93