“ASAN xidmət”ə müraciət edənlərin NƏZƏRİNƏ

16 May, 2020, 20:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Bunu qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, növbə tutmaq üçün “ASAN xidmət” mobil təbiqi “IOS” və “Android” əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

“Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq” – deyə qurum rəsmisi bildirib. \\Pravda.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93