Aseton, sirkə, balıq, xarab ət… – Bu qoxular hansı xəstəliklərə işarədir?

16 Sentyabr, 2019, 17:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bəzi xəstəliklər zamanı insanın bədən qoxusu dəyişilir, insandan qəribə iy gələ bilər. Bu orqanizmdə gedən patoloji proseslərin nəticəsidir.

 

 

– Aseton iyi

 

İnsanın tərindən aseton iyi gəlirsə bu əksər hallarda şəkərli diabetə işarə edir. Bu çox təhlükəli simptomdur. Kəskin aseton iyi diabetik komanın yaxınlaşmasına işarə edir.

 

Həmçinin aseton iyi həzm orqanları, böyrək və qaraciyər xəstəliklərinə işarə edə bilər.

 

– Pişik iyi

 

Bəzi pozulmalar zamanı insandan pişik sidiyinə oxşar iy gələ bilər. Bu əksər hallarda böyrək problemlərinin simptomudur.

 

– Sirkə iyi

 

Güclü tərləmə və tərdən sirkə iyinin gəlməsi nəfəsalma sisteminin xəstəliklərindən xəbər verə bilər. Qadınlarda belə iy süd vəzi xəstəliklərinə (məsələn, mastopatiyaya) işarə edə bilər.

 

– Balıq iyi

 

Bu iy maddələr mübadiləsi pozulmaları zamanı yarana bilər. Qadınlarda cinsiyyət orqanlardan balıq iyli ifrazatlarin gəlməsi cinsi yolu ilə keçən infeksiyalara işarə edir.

 

– Şirin meyvəli iy

 

Bu qanda şəkərin yüksək olmasının simptomu ola bilər. Həmçinin difteriya zamanı da insandan bu iy gələ bilər.

 

– Xarab ət iyi

 

Belə iy onkoloji xəstəliklər zamanı hiss oluna bilər.

(sağlamolun.az)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93