Aslan İsmayılovdan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA

12 May, 2020, 21:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə 10 sutka həbs edildiyi deyilir. Nəyin baş verdiyini dəqiq bilmirəm, qanun qarşısında hamının bərabər olduğunu da anlayıram. Əgər Kamil karantin qaydalarını pozubsa ona bunun yolverilməz olduğunu xəbərdarlıq etməklə həbssiz cəza da verilə bilərdi.

Baş verənlərə etiraz edib bildirirəm ki, bu addım insanlarda son dövlər baş qaldıran insanlıq, yardımlaşma, qarşılıqlı anlayış, mərhəmət hisslərini öldürmək və uzun illər təbliğ edilən manqurtlaşma prosesini davam etdirməkdir.

Hakimiyyət rəsmiləri buna təcili münasibət bildirməlidirlər.

Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidenti bir neçə dəfə ehtiyacı olan insanlara yardım edənlərə təşəkkür etmişdi.

Aslan İsmayılov

Hüquqşünas


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93